Biz bütün dünyanın dəstəyini hiss edirik. Tərəfdaşlarımız bizə müasir hərbi texnika verir, humanitar yardım edir.
Bunu Ukraynanın Baş naziri Denis Şmıqal Antalya Diplomatiya Forumunda videoformatda çıxışı zamanı deyib.
“Biz demokratiya və müstəqillik uğrunda mübarizə aparırıq. Bizim həqiqətən də daha çox silaha ehtiyacımız var. Rusiya şəhərləri bombalayır. Ukraynalı qadın və uşaqların müdafiəyə ehtiyacı var. Sivil dünyanın dəstəyi olmadan bu mübarizəni aparmaq çox çətindir. Başa düşürük ki, hər müharibə sonda danışıqlar masasında bitir. Tərəfdaşlarımızdan da diplomatiya yolu ilə müharibəni dayandırmaq üçün dəstək istəyəcəyik”, – Baş nazir vurğulayıb.
//APA

