Ukraynanın baş naziri: Əks-hücum yaxın gələcəkdə başlanacaqbackend

Ukraynanın baş naziri: Əks-hücum yaxın gələcəkdə başlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın baş naziri Denis Şmıqal Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, yaxın vaxtlarda Ukrayna ordusunun əks-hücum əməliyyatı başlayacaq.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti diqqətini bütün planları həyata keçirməyə və qələbə qazanmağa yönəldib: “Heç nə bizim əks-hücum planlarımıza təsir etməyəcək və ya dəyişməyəcək. Məqsədimiz qələbədir, məqsədimiz 1991-ci il sərhədləri daxilində Ukrayna ərazilərinin azad edilməsidir.

Əminik ki, əks-hücum yaxın gələcəkdə baş tutacaq. Birləşmiş Ştatlar bizi tamamilə dəstəkləyir”, – Şmıqal bildirib. Qeyd edək ki, mart ayında “Bild” qəzeti NATO analitiklərinə istinadən yazmışdı ki, Luqansk və Zaporojye Ukraynanın əks-hücumunun əsas istiqamətləri olacaq. Belə ki, Kiyev Rusiyanın Krımla quru əlaqəsini kəsmək istəyir. Aprel ayında internetə sızan Pentaqonun sənədlərindən məlum olub ki, ABŞ Ukraynanın gözlənilən əks-hücum əməliyyatında yalnız “təvazökar uğur” qazanacağını proqnozlaşdırır.

  //Samir Qurbanov.Editor.az