Ukraynanın Boris Consona görə danışıqlardan imtina etməsi, absurd və kədərlidir – Vladimir Putinbackend

Ukraynanın Boris Consona görə danışıqlardan imtina etməsi, absurd və kədərlidir – Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin amerikalı aparıcı Taker Karlsona verdiyi müsahibədə Ukraynanın Boris Consonun bəyanatlarına görə danışıqlardan imtina etdiyini bildirib. O, Ukraynanın Rusiya ilə danışıqlardan imtinasını “gülünc və kədərli” adlandırıb.

Editor.az xəbər verir ki, Putinin müsahibəsi Kremlin saytında dərc olunub. Vladimir Putin qeyd edib ki, Rusiya danışıqlardan imtina etməyib. “Yaxşı, qoy fərmanını ləğv etsin, danışıqlara başlasın.

Onların Böyük Britaniyanın keçmiş baş naziri Consonun tələblərinə və ya razılığına tabe olmaları mənə elə gəlir ki, absurddur və çox, necə desək, kədərlidir”, – prezident bildirib. Prezident Ali Radadakı “Xalqın qulluqçusu” fraksiyasının lideri David Araxamiyanın sözlərini də misal çəkib və qeyd edib ki, döyüşlər il yarım əvvəl başa çata bilərdi.

“Çünki, cənab Araxamiyanın dediyi kimi: “Bir il yarım əvvəl biz bu hərbi əməliyyatları dayandıra bilərdik, bu müharibəni dayandıra bilərdik, lakin ingilislər bizi inandırdılar və biz bundan imtina etdik”. Conson indi haradadır? Lakin müharibə davam edir”, – deyə prezident bildirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onların bərpası yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra mümkün olacaq. 2023-cü ilin dekabrında “The New York Times” Rusiya və Qərb rəsmilərinə istinadən yazıb ki, Vladimir Putin vasitəçilər vasitəsilə Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğunu göstərir.

//Samir Qurbanov, Editor.az