Ukraynanın Böyük Britaniyadakı səfiri: Ukrayna ordusunun əks hücumu böyük itkilərlə nəticələnə bilərbackend

Ukraynanın Böyük Britaniyadakı səfiri: Ukrayna ordusunun əks hücumu böyük itkilərlə nəticələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko hesab edir ki, ABŞ qarşıdan gələn prezident seçkiləri ərəfəsində Ukrayna silahlı qüvvələrinin əks-hücumuna böyük ümidlər bəsləyir. Lakin onun fikrincə, bu, Ukrayna ordusunun böyük itkiləri ilə nəticələnə bilər.

Editor.az bildirir ki, bu barədə Vadim Pristayko”ITV News”a müsahibəsində deyib.”Mən bilirəm ki, bu, yay çox dəhşətli ola bilər və Ukrayna bu hücumun bədəlini ağır ödəyəcək. Səfir qeyd edib ki, “Biz başa düşürük ki, nə qədər insanımız artıq ölüb və ya itkin düşüb. Biz başa düşürük ki, səkkiz milyondan çox insan ölkədən kənardadır.

Biz onu da başa düşürük ki, bizdən 16 dəfə böyük olan ölkə ilə mübarizə aparmaq son dərəcə çətin olacaq”, – deyə Ukrayna səfiri əlavə edib. Pristaykonun sözlərinə görə, Birləşmiş Ştatlar müasir qırıcılar təqdim etmək vədindən çəkindiyi üçün əks-hücumun uğur qazanıb-qazanmayacağı ilə bağlı suallar var. Mən güman edirəm ki, gec-tez ABŞ-ın mövqeyi dəyişəcək”, – səfir bildirib. Qeyd edək ki, yaxın vaxtlarda Ukrayna tərəfindən əks-hücum gözlənilir, lakin onun başlama tarixi hələ də məlum deyil.

  //Samir Qurbanov,Editor.az