Ukraynanın “böyük hücumu” nə vaxt başlanacaq? Kirill Budanov elan etdibackend

Ukraynanın “böyük hücumu” nə vaxt başlanacaq? Kirill Budanov elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna yaz üçün böyük bir hücum planlaşdırır və ən şiddətli döyüşlər martda gözlənilir.

 Editor.az Ukraynanın “Golos Today” Teleqram kanalına istinadən xəbər verir ki,   bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ABC News-a deyib. Onun sözlərinə görə, “bu, ərazilərin azad edilməsi və Rusiya Federasiyasının qəti məğlubiyyəti olacaq və Krımdan Donbasa qədər bütün Ukraynada baş verəcək”.

“Bizim məqsədimiz Ukraynanın beynəlxalq hüququn bütün subyektləri tərəfindən tanındığı 1991-ci il sərhədlərinə qayıtmaqdır və və biz buna nail olacağıq”, – o vurğulayıb.

BKİ rəhbəri Rusiya ərazisinə növbəti zərbələri də istisna etməyib, lakin onları kimin endirəcəyini dəqiqləşdirməyib. Budanov əlavə edib ki, zərbələr getdikcə Rusiyanın daha dərinliklərinə endiriləcək. Lakin yalnız müharibə başa çatdıqdan sonra həmin zərbələri kimin həyata keçirməsi barədə şərh verə biləcək.

//Samir Qurbanov,Editor.az