Ukraynanın dostları və düşmənləri: Onlar kimlərdir?backend

Ukraynanın dostları və düşmənləri: Onlar kimlərdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalıların 97%-i Polşanı Ukraynaya ən dost ölkə hesab edir. Editor.az xəbər verir ki, bunu “Reytinq” sosioloji qrupunun oktyabrın 25-də dərc etdiyi sorğunun nəticələri göstərir. İlk üçlüyə həmçinin ABŞ (91%) və Böyük Britaniya (90%) daxildir. Bundan əlavə, respondentlər Litvanı (89%), Kanadanı (86%), Finlandiyanı (74%), İsveçi (69%), Fransanı (68%), Almaniyanı (65%), Danimarkanı (63%),İsveçrəni (60%) və Yaponiyanı (55%) dost ölkə hesab edirlər.

Respondentlərin təxminən yarısı Türkiyəyə (51%) və Qazaxıstana (46%) da münasibəti müsbətdir, lakin vətəndaşların təxminən 39 və 38%-i bu iki ölkəni Ukraynaya qarşı neytral adlandırıb. Respondentlərin 63%-i üçün də Çin neytral olaraq qalır. Ukraynalılar Macarıstanı (42%), Belarusu (85%) və Rusiyanı (97%) düşmən hesab edirlər.

  //Samir,Editor.az