Ukraynanın döyüş bölgəsindəki azərbaycanlılar danışdılar – VİDEObackend

Ukraynanın döyüş bölgəsindəki azərbaycanlılar danışdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donbas istiqamətindəki döyüş xətlərində azərbaycanlılar da qalıblar. Onlar daha çox Donetskin Torez şəhəri istiqamətlərində cəbhə xəttində yaşayan həmyerlilərimizdir.

Onlardan biri Azərbaycan və SSRİ xalq artisti, tanınmış opera müğənnisi Lütfiyar İmanovun qardaşı oğlu Spartak İmanovdur.

S.İmanov ərazinin tez-tez atəşə tutulduğunu qeyd edib.

60 ildir Donetskdə yaşayan Əli Həsənov su, qaz və elektrik enerjisinin olmadığını bildirib:

“81 yaşımda quyudan su daşımağa gücüm çatmır”.

Daha ətraflı süjetdə: