“Ukraynanın əks-hücumları müsbət nəticə vermir”-ŞƏRHbackend

“Ukraynanın əks-hücumları müsbət nəticə vermir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsində vəziyyət böhranlı olaraq qalır”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Rusiyanın hücumları intensiv şəkildə davam etsə də Ukraynanın əks-hücumları isə demək olar ki, müsbət nəticə vermir:

“Bundan əlavə olaraq Ukrayna hakimiyyəti daxilində də çox ciddi siyasi böhran hökm sürür. Ümumiyyətlə, Volodimir Zelenskinin komandası demək olar ki, müharibə çağırışlarına cavab vermir. Qərbdən edilən maliyyə də artıq korrupsiyaya uğrayır. Həmçinin Ukrayna hakimiyyəti daxilində Rusiyanın agentura şəbəkəsi fəaliyyət göstərir, bununla da Rusiya Ukrayna hakimiyyəti daxilində zəhərləmə siyasətini də həyata keçirir. Rusiya bütün istiqamətlər üzrə Ukraynaya hücumlar edir. Amma Ukrayna hakimiyyətində kadrlarla bağlı çox ciddi problemlər var, onlar Rusiyaya qarşı güc nümayiş etdirə bilmirlər. Proseslər çox ciddi şəkildə böhrana uğrayır. Qarşıdan gələn qış ayları da ordunun təchizatında daha böyük problemlərin yaranmasına səbəb olacaq.

Rusiya-Ukrayna müharibəsinin ümumilikdə bölgəyə də mənfi təsirləri var. Belə ki, Rusiya müharibədə qalib olduğu təqdirdə Azərbaycan, Cənubi Qafqaz və ümumilikdə Şərqdə hərbi və siyasi təzyiqlərini gücləndirəcək”.

//Səbinə Hüseynli ,Editor.az