Ukraynanın əks-hücumunun ikinci ayı: ləng irəliləyişin səbəbi nədir?backend

Ukraynanın əks-hücumunun ikinci ayı: ləng irəliləyişin səbəbi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibə kritik mərhələdədir. Bundan sonra baş verənlər həm ölkənin gələcəyini, həm də Avropanın təhlükəsizliyini formalaşdıra bilər.

Rusiya işğalının ilk 18 ayı ərzində Ukrayna ordusu daha çox müdafiə mövqeyində olub. Amma bu yay Ukrayna Qərbdən milyardlarla dollarlıq silahla dəstək alaraq əks- hücuma keçdi. Kiyevin məqsədi Rusiyanı işğal olunmuş şərq və cənub ərazilərindən tamamilə çıxarmaqdır. Bəs, qış gələnə qədər hər anın qiymətli olduğu Ukraynanın hücumunun ikinci ayında odusunun irəliləyişi necə görünür? Ukraynanın şərqindəki işğal olunmuş ərazilərin ölçüsü ilə müqayisədə son iki ayda Ukrayna ordusunun irəliləyişi kifayət qədər azdır. Rusiya qonşusunun ərazisinin təxminən 20 faizini işğal edir. Rus ordusu da bu ərazilərdə güclü müdafiə mövqeləri qurub. Əslində, 2022-ci ilin noyabrından bu yana 10 ay ərzində sahədə ciddi dəyişiklik olmayıb. O zaman Ukraynanın son addımı Xerson şəhərini və şimal-şərqdə geniş ərazini geri almaq oldu. Nəhayət, Donetsk vilayətinin Staromaiorske kəndini geri aldılar. Ölkənin şərqində bu yayın əvvəlində itirdikləri Bəhmut ətrafındakı bəzi əraziləri ələ keçirdilər. Cənubi Zaporojyedə kiçik irəliləyişlər edə bildilər. Bura strateji əhəmiyyətli yerdir. Əgər Ukrayna buradan Azov dənizinə doğru irəliləsə, Krımdan Ukraynanın şərqinə gedən təchizat xətlərini kəsə bilər.

Aşağıdakı xəritədə bənövşəyi rəngdə Mariupol ətrafında Ukraynanın gedişatını görə bilərsiniz. Qırmızı dairələr Rusiyanın işğal etdiyi yerləri göstərdiyi halda, qara dairələr Rusiyanın qurduğu müdafiə mövqeləridir. Bu dairələrin formalaşdırdığı xətlər Rusiyanın nə qədər güclü müdafiə xətti qurduğunu göstərir.

Müstəqil analitiklərin fikrincə, Ukrayna bu iki ayda 1125 kilometrlik cəbhənin iki zonasında 16 kilometrə yaxın irəliləyə bilib. Bu, həm Kiyevin, həm də Qərbin gözlədiyindən daha azdır. Ukrayna qüvvələri cəbhədə üç fərqli nöqtədə yarıq axtarır. Ancaq bunun baş verəcəyini bilən ruslar aylar ərzində müasir tarixin ən qabaqcıl müdafiə mövqelərini qurublar. Xəndəklər, bunkerlər və tank maneələrindən ibarət müdafiə xəttində minlərlə mina basdırılıb. Bu xətt Ukraynanın irəliləyişini son dərəcə çətinləşdirir.

Londondakı King’s College-dən müdafiə üzrə ekspert Marina Miron deyir ki, Ukrayna cənub cəbhəsindəki hədəflərini azaltmalı olub və Krımı ələ keçirmək məqsədini qısa zamanda reallaşdırmaq mümkün görünmür. Dr. Miron əlavə edir ki, Ukrayna ordusu üçün ən real məqsəd Ukraynanın cənub-şərqində, Rusiya üçün mühüm logistik baza olan Tokmak şəhərini ələ keçirmək olardı. Kiyev iyul ayında Tokmaya zirehli birlik göndərdi və bu bölmə məğlub oldu. Sosial mediada paylaşılan və BBC tərəfindən təsdiqlənən videolarda Qərbin yeni göndərdiyi Leopard tankları və Bradley döyüş gəmilərinin mina sahəsi ilə toqquşduğu və daha sonra Rusiya artilleriyasının hədəfinə çevrildiyi görünür. Rusiya hərbçiləri, görünür, işğalın ilk 12 ayında etdiyi bəzi səhvlərdən nəticə çıxarıb. Üstəlik, onlar müdafiə sahəsində yenilikçi və effektivdirlər.

//Gülnarə Abasova, Editor.az