Ukraynanın Gürcüstan və Qırğızıstandakı səfirləri geri çağırılıbbackend

Ukraynanın Gürcüstan və Qırğızıstandakı səfirləri geri çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstandakı səfiri Vasili Sıbenko və Qırğızıstandakı səfiri Nikolay Yaremçuku geri çağırıb.

“Report” xəbər verir ki, bunu dövlət başçısı videomüraciətində söyləyib.

“Qırğızıstanda olan səfiri dərhal məsləhətləşməyə çağırırıq. Ukraynaya qarşı təcavüzə haqq qazandırdığına görə. Gürcüstandakı səfirimizi bizə kömək etmək istəyən könüllülərə maneçilik törətdiyinə, sanksiyalara amoral yanaşdığına görə dərhal geri çağırırıq”, – Ukrayna lideri vurğulayıb.