Ukraynanın hərbi-siyasi elitası Rusiya hərbi kəşfiyyatının hədəfindəbackend

Ukraynanın hərbi-siyasi elitası Rusiya hərbi kəşfiyyatının hədəfində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hələ genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiya hərbi kəşfiyyatı Ukraynanın bütün hərbi-siyasi elitasını məhv etmək istəyib.

Editor.az xəbər verir ki, bu barədə “Bellingcat”ın bolqar araşdırmaçı jurnalisti Xristo Qrozev Dmitri Qordona müsahibəsində danışıb. “Müharibə başlamazdan əvvəl Rusiya QRU-nun effektivliyi və Rusiyaya qarşı döyüşə hazır olmasından asılı olmayaraq, Ukraynanın bütün hərbi və siyasi rəhbərliyini zərərsizləşdirmək niyyətində olub.

Onun sözlərinə görə, bu əməliyyatlarda həm Rusiya Xüsusi Əməliyyat Qüvvələrinin agentləri, həm də Moskvanın uzun illərdir tətbiq etdiyi təsir agentləri iştirak etməli idi. Planın həyata keçirilməsi müharibənin gedişatını ciddi şəkildə dəyişdirəcəkdi. “Təsəvvür edin ki, 20 generala, Zelenskiyə və başqalarına qarşı sui-qəsd edilir”, – araşdırmaçı əlavə edib.

//Samir Qurbanov, Editor.az