ABŞ Quru Qoşunlarının keçmiş komandanı general Ben Hodces Rusiyanın iki həftə ərzində Ukraynaya qarşı hərbi əməliyyata başlayacağını və Amerikanın bu böhranda Türkiyə ilə əməkdaşlıq etməli olduğunu deyib.
KAİM.az xəbər verir ki, general CNN Türk-ə açıqlamasında Suriyada PKK/YPG terror təşkilatına verdikləri dəstəyin yanlış olduğunu etiraf edib.
Rusiyanın iki həftə ərzində Ukraynaya qarşı hərbi əməliyyata başlayacağını iddia edən Hodces bildirib: “İrimiqyaslı hücum olacağını düşünmürəm. Qara və Azov dənizlərində əməliyyatların aparılacağını təxmin edirəm”.

