Ukraynanın işğalından sonra Finlandiyanın NATO-ya üzv olmaq istəyi artırbackend

Ukraynanın işğalından sonra Finlandiyanın NATO-ya üzv olmaq istəyi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynanı işğal etməsindən sonra Finlandiyanın NATO-ya üzv olması və istəyi yenidən gündəmə gəlib. Editor.az-ın BBC Türkiyəyə istinadən verdiyi məlumata görə Ukrayna işğalı ərəfəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Finlandiya və İsveçin NATO-ya üzv olmasının onlar üçün mənfi fəsadlarının olacağını açıqlamışdı. Bundan əlavə Rus hərbi təyyarələri icazəsiz olaraq dəfələrlə İsveçin hava sərhəddini pozmuşdu.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzv olması məsələsinin parlamentin müzakirəsinə çıxarılması üçün 50 min nəfərin imzası gərəkdir. Ancaq son on gündə 70 mindən çox vətəndaş ölkənin NATO-ya üzv olması üçün imza toplama kompaniyasında iştirak edib.

Xatırladaq ki, 1939-cu ildə SSSR və Finlandiya arasında müharibə baş verib. Finlandiya bir neçə ərazisini itirməklə müstəqilliyini qoruyub saxlamağı bacarıb.

//Nəzərbəy Hacıağayev, Editor.az