Ukraynanın Baş Prokurorluğu keçmiş təhsil naziri Dmitri Tabaçnikə qarşı dövlətə xəyanət ittihamı irəli sürüb.
Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, keçmiş nazir Xerson və Zaporojye vilayətlərinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo və Yevgeni Balitski ilə, habelə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri ilə əməkdaşlıq etməkdə şübhəli bilinir .
Hazırda Dmitri Tabaçnik barəsində araşdırmalar davam edir.
//Samir Qurbanov, Editor.az

