Ukraynanın Krıma hücumu fəlakətli ola bilər – İddiabackend

Ukraynanın Krıma hücumu fəlakətli ola bilər – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Krıma hücum qərarı ölkəni fəlakətli nəticələrə gətirib çıxara bilər.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.

“Ukraynanın Krıma genişmiqyaslı quru hücumu çox risklidir. Çünki onların kifayət qədər helikopterləri və digər desant gəmiləri yoxdur. Ona görə də belə əməliyyatların aparılması fəlakətli uğursuzluqlara səbəb ola bilər”, – nəşr bildirir.

Nəşr həmçinin qeyd edib ki, artıq Kiyev Krım körpüsündə partlayış törədib, Sevastopolda pilotsuz təyyarələrlə gəmilərə hücum edib və Krımdakı obyektlərə də hücuma cəhd edib. Lakin Ukrayna hakimiyyətinin Krımı ələ keçirmək cəhdi daha ciddi nəticələrə gətirib çıxara və Zelenski üçün uğursuzluqla nəticələnə bilər

 

 

Krım materiklə güclü müdafiə olunan torpaq zolağı ilə bağlıdır. Ona görə də Rusiya ordusu quru kampaniyasına mane ola və mühəndis işlərini asanlıqla həyata keçirə bilər.