Rusiyanın Kursk vilayəti ərazisində gedən döyüşlər onun Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin nəticəsidir.
Editor.az bildirir ki, bu barədə avqustun 8-də Almaniya parlamentinin (Bundestaq) müdafiə komitəsinin rəhbəri Markus Faber sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, qonşu ölkəyə qarşı təcavüzkar müharibəyə başlayan hər kəs öz ərazisini də müharibə zonasına çevirir.
Ukraynanın Kurska hücumu hərbi baxımdan tamamilə qanuni və ağlabatandır. Bu, Rusiyanı qoşunlarını Ukraynanın şərqindən çıxarmağa məcbur edəcək. Baş verənlər Rusiya əhalisinə göstərir ki, onların diktatorunun təcavüzkar müharibəsi təkcə ukraynalılara deyil, onlara da aiddir.
//Samir Qurbanov, Editor.az