Ukraynanın Mariupol şəhəri bombardmandan sonra humanitar fəlakətin astanasındadırbackend

Ukraynanın Mariupol şəhəri bombardmandan sonra humanitar fəlakətin astanasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 saatdan artıq fasiləsiz bombardımandan sonra Ukraynıanın Mariupol şəhəri humanitar fəlakətin astanasındadır. Editor.az-ın BBC istinadə verdiyi məlumata görə, şəhər Merinin müavini Sergey Orlov rusların şəhəri bombardıman etmək üçün bütün artileriya silahlarında və çoxsaylı raket sistemlərin istifadə editdiyini bildirib.

Ruslar şəhərin bir neçə kilometrliyində qərarlaşıb və şəhəri ağır bombardımana tuturlar. Əsas infrastruktur obyektlərinə zərbələr endirilib, şəhərin bəzi hissələrinə su və enerji təchizatı kəsilib. Onun sözlərinə görə, şəhərin sol sahilində sıx məskunlaşan bir yaşayış məntəqəsi demək olar ki, tamamilə məhv edilib. Orda olan qurbanların sayını bilmirik. Ən azı yüzlərlə ölünün olacağını gözləyirik. Meyidləri ərazidən götürmək üçün həmin əraziyə daxil ola bilmirik. Atam da orda yaşayır. Onun həyatda olub-olmaması barədə heç bir məlumatım yoxdur.

Sergey Orlov deyib ki, Rusiya qüvvələri nasos stansiyalarına və elektrik transformatorlarına zərbələr endirib. Şəhərin bəzi yerlərində ərzaq qıtlığı yaranıb ki, bu da humanitar böhranın yaxınlaşması qorxusunu artırır.

Mariupol Rusiya üçün əsas strateji hədəfdir. Çünki onun ələ keçirilməsi Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin və 2014-cü ildə Rusiyanın ilhaq etdiyi cənub yarımadası Krımda qoşunlarla birləşməsinə imkan verəcək. Ukrayna ordusu indiyədək Rusiya qüvvələrinə müqavimət göstərib. Ancaq şəhərlərin havadan bombardmanının artması Rusiyanın taktikasını dəyişəcəyi ilə bağlı qorxuları artırır.