Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-a işgüzar səfəri zamanı sülh planının layihəsini müzakirə etdiyini, lakin onu təsdiqləmədiyini və ya heç bir düzəliş təklif etmədiyini bildirib.
O, missiyasının sırf texniki olduğunu – görüşlərin əlaqələndirilməsi və danışıqlar prosesinin hazırlanması olduğunu vurğulayıb.
Bununla bağlı o, Telegram-da yazıb: “İddia edilən “razılıq” və ya “bəndlərin çıxarılması” barədə mediada yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Bunlar məsləhətləşmələr kontekstindən kənarda ortaya çıxan təsdiqlənməmiş məlumatların nümunələridir.”
20 noyabrda Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko ABŞ prezidenti Donald Trampın yeni sülh planını təşkil etdiyini iddia etdiyi 28 bənddən ibarət siyahı dərc edib.
//Samir Qurbanov, Editor.az

