Ukraynanın Müdafiə naziri Aleksey Reznikov yaxın vaxtlarda vəzifəsindən azad ediləcək. Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov Müdafiə Nazirliyinin rəhbəri postunu tuta bilər.
Editor.az bildirir ki, bu barədə UP-nin Nazirlər Kabinetindəki mənbələr məlumat yayıb.
İlkin olaraq gələn həftə parlament müdafiə idarəsinin hazırkı rəhbərinin istefasına baxmalıdır.
Müdafiə naziri postu prezidentin kvotasıdır. Müvafiq olaraq, Ali Rada naziri onun təqdimatı ilə vəzifəyə təyin və vəzifədən azad edir.
Həmin vaxta qədər müdafiə nazirinin səlahiyyətlərin birinci müavin, general-leytenant Aleksandr Pavlyuk icra edəcək.
//Samir Qurbanov, Editor.az