“Hələ ki Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı hücuma hazırlaşdıqlarını göstərən tək bir hücum bölməsi yaradılmayıb”.
Editor.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Aleksey Reznikov ICTV televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, bəzi riskli ssenarilərin var və bunların gələcəkdə həyata keçməsi mümkün ola bilər:
“Ancaq bu gün narahatçılığa heç bir əsas yoxdur, belə bir təhlükə yoxdur. Birləşmiş Əməliyyat Qüvvələrinin Komandanı Aleksandr Pavlyukun Rusiyanın fevralın 20-də Ukraynaya hücum edə biləcəyi ilə bağlı açıqlamasını da müsbət qiymətləndirmirəm. Silahlı Qüvvələr və Baş Qərargahın müxtəlif vəziyyətdə necə hərəkət edəcəyini bilmək üçün mümkün olan ən pis ssenariləri təxmin edirik”.
//Gülnarə Abasova, Editor.az

