Ukraynanın müharibədə itkiləri: Volodimir Zelenskinin göstərdiyi rəqəmlər ABŞ rəsmilərinin hesablamalarından fərqlənirbackend

Ukraynanın müharibədə itkiləri: Volodimir Zelenskinin göstərdiyi rəqəmlər ABŞ rəsmilərinin hesablamalarından fərqlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Volodimir Zelenskinin Ukrayna ordusunun itkiləri ilə bağlı açıqladığı rəqəmlər ABŞ rəsmilərinin hesablamalarından kəskin şəkildə fərqlənir.

Editor.az “The New York Times” qəzetinə istinadən bildirir ki, bu bəyanatın müstəqil təhlilini vermək mümkün olmayıb. Zelenskinin sözlərinə görə, Ukrayna 31 min hərbçi itirib, lakin keçən yay ABŞ-da bu rəqəmin daha çox olduğu təxmin edilirdi.

Xüsusilə, Vaşinqtonun məlumatına görə, o zaman 70 minə yaxın ukraynalı həlak olub, 100-120 min nəfər isə yaralanıb. Eyni zamanda, Rusiya ordusunun itkiləri, rəsmilərə görə, təxminən iki dəfə böyük olub. Zelenski Rusiyanın təbliğatına və Ukrayna Silahlı Qüvvələrinin itkilərini daha yüksək səviyyəyə çatdıran digər təxminlərə qarşı çıxmaq istədiyini bildirib.

Onun bəyanatı amerikalı jurnalistlərin Ukrayna qoşunlarının cəbhə xəttinin böyük bir hissəsi boyunca geri çəkildiyi və işğalçı ordunun şərq və cənubda hücum əməliyyatları apardığı barədə məlumat yaydığı bir vaxta təsadüf edir.

//Samir Qurbanov, Editor.az