“Ukraynanın müqavimət göstərməsinin əsas səbəbi…”- Müharibədə SON VƏZİYYƏTbackend

“Ukraynanın müqavimət göstərməsinin əsas səbəbi…”- Müharibədə SON VƏZİYYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna cəbhəsində gərginlik səngimək bilmir. Müharibə gedişində hər iki tərəf müəyyən itkilər verib və verməkdə də davam edir.

Rusiya-Ukrayna müharibəsi və yaxud da Rusiya prezidentinin təbirincə desək “hərbi əməliyyat” ın gedişində Qərb dövlətləri Ukraynaya öz dəstəyini texniki silahlar və s. verməklə göstərirlər. Fevralın 24-dən başlanan bu müharibə Qərbin oyunudur yoxsa Rusiyanın SSR yaratmaq arzusudur hələ də sual doğuran məsələdir. Xarici mənbələrdə yayılan xəbərlərdə isə Qərbin Ukraynanı ən son texnikalarla təhciz etməsinə baxmayaraq iqtisadi-hərbi gücün Rusiyada olduğu və Ukraynaya ağır zərbələr endirməsi ilə bağlı məlumatlar öz əksini tapıb.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət necədir, Ukrayna üstünlük əldə edəcəkmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Turan Rzayev bildirdi ki, Rusiya-Ukrayna cəbhəsində olan son hadisələr, istər silah-sursat, istərsə də say tərkibinə görə Rusiyanın müəyyən üstünlüyü olduğunu göstərir:

“ Buna baxmayaraq Ukrayna tərəfi müqavimət göstərir, bunun da əsas səbəbi Qərbdən gələn dəstəkdir. Qərb də əvvəlki vəziyyətində deyil. Qış aylarının yaxınlaşması, Avropanın Rusiya qazından aslılığı hələ tam olaraq aradan qaldırılmaması səbəbindən alternativ Əlcəzair, Qətər, Azərbaycan kimi ölkələrə üz tutulur. 128 milyard kvadrat kilometr qaz ehtiyyatı olan Rusiya ilə müqaisədə elə də ciddi rəqəm deyil”.

Turan Rzayevin qeyd edir ki, bütün bunları nəzərə alsaq Avropanın özündə də Anqlosakson bloku ilə Fransız-Alman bloku arasında fərqin olduğunu müşahidə edə bilərik:

 “İngiltərə Şərqi Avropada Ukraynaya ciddi dəstək verir. Amma qarşı tərəf olan Fransa və Almanya həm siyasi, həm də iqtisadi baxımdan prosesdən müəyyən qədər tərəddüd içərsində olduğunu da müşahidə etmək olar.  Ümumiyyətlə isə hər nə qədər Ukraynaya dəstək olunsa da Rusiya üstünlüyünü qoruyur. Rusiya əvvəlki qədər irəliləməsə də döyüş meydanında üstünlük ondadır. Rusiya hazırda Krımdan şimaldakı əraziləri birləşdirdi, bu separatçılar olan bölgə ilə Krım ərazisinin birləşməsi deməkdir.  Rusiyanın əsas hədəfi Odessa limanıdır və bu istiqamətdə hətta Maldovada olan separatçılar da dəstək verə bilər”.

//Safura Bənnayeva, Editor.az