Ukraynanın Qərb müttəfiqləri Ukrayna dövlət başçısı Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı təqdim etdiyi qələbə planına dair gözləntiləri azaltmağa çalışırlar və bunun Rusiya Federasiyasına qarşı müharibədə “sıçrayış” gətirməyəcəyini deyirlər.
Editor.az bildirir ki, bu barədə sentyabrın 24-də “Bloomberg” yazıb. Zelenskinin xarici liderlərlə söhbətləri ilə tanış olan media mənbəsinin sözlərinə görə, qələbə baxımından heç bir real sürpriz olmayıb və bu, böyük dönüş nöqtəsi deyil. Başqa bir məmur planı “arzular siyahısı” adlandırıb.
Bundan əlavə, müttəfiqlərdən biri Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinlə danışıqların yeni mərhələsinin vaxtının gəldiyini irəli sürüb, – Bloomberg vurğulayıb. Agentliyin iki həmsöhbətinin sözlərinə görə, Zelenski və ya onun tərəfdaşlarından biri Putinlə əlaqə yarada bilər. Qərb rəsmilərindən biri qeyd edib ki, müttəfiqlər noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 liderlərinin görüşü ərəfəsində Putinlə əlaqə saxlamaq imkanını müzakirə edirlər.
//Samir Qurbanov, Editor.az