ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals fevralın 24-də “Fox News” telekanalının efirində deyib ki, Ukraynanın NATO-ya üzvlük məsələsi “gündəmdə deyil”.
“Bu, masadan kənardadır. Mən ABŞ-ın Ukraynanın NATO-ya üzv olmasına icazə verdiyini görmürəm”, – deyən Vals “Biz ümumiyyətlə NATO-ya, digər NATO ölkələri ilə 5-ci maddə sazişlərimizə sadiqik, lakin Ukrayna üçün təhlükəsizlik təminatları başqa məsələdir” – deyib.
Trampın müşavirinin şərhi Ukrayna prezidenti Vladimir Zelenskinin bir gün əvvəl, fevralın 23-də Ukraynaya sülh gətirəcəyi təqdirdə prezident postundan getməyə hazır olduğunu deməsindən sonra gəlib. “Belə şərtlər olarsa, mən bunu Ukraynanın NATO-ya daxil olması ilə dəyişə bilərəm. Özü də dərhal, yəniz uzun müddət bu barədə danışmamaq üçün”, – Zelenski vurğulayıb.
//Samir Qurbanov, Editor.az