Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün “heç bir formada” məqbul deyil – Mariya Zaxarovabackend

Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün “heç bir formada” məqbul deyil – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün “heç bir formada” məqbul deyil.

Editor.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ukraynanın “hissə-hissə” alyansa daxil edilməsi təklifini şərh edərkən belə deyib.

“Biz Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyimizi daim izah edirik. Ukraynanın qismən və ya heç bir hissəsi olmadan, hər hansı formada Atlantik bloka daxil olması Rusiya üçün sadəcə olaraq qəbuledilməzdir”, – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Onun fikrincə, Rusiya Federasiyası ilə qonşu olan Ukraynanın “aqressiv hərbi ittifaqda” iştirakı birbaşa Rusiyanın təhlükəsizliyini təhdid edir. Bundan əlavə, xanım Zaxarova Rusiyanın hərbi əməliyyatının məqsədlərinə – Ukraynanın denazifikasiyası və demilitarizasiyasına toxunaraq qeyd edib ki, bu dövlət neytral qalmalı və heç bir hərbi bloka, ilk növbədə NATO-ya qoşulmamalıdır.

“NATO beynəlxalq hüquqa, ayrı-ayrı dövlətlərin suverenliyinə məhəl qoymur və alternativ güc mərkəzlərinin maraqlarını dərk etməkdə acizliyini nümayiş etdirir”, – Mariya Zaxarova vurğulayıb.

Qeyd edək ki, keçən həftə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanın “çox yaxın gələcəkdə” Şimali Atlantika Alyansına qəbul edilməsinə ehtiyac olduğunu açıq şəkildə bəyan etmişdi.

//Samir Qurbanov, Editor.az