“Associated Press” alyansın adının açıqlanmayan diplomatlarına istinadən xəbər verir ki, Ukraynanın NATO-ya üzv olması üçün onun ərazi sərhədləri dəqiq müəyyən edilməlidir.
Daha əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin alyansa hərbi əməliyyatların sonuna qədər dəvətini nəzərdə tutan “qələbə planı” nəzərə alınıb, lakin bu plan alyansda suallar doğurub. AP həmsöhbətlərinin fikrincə, NATO-ya dəvət üçün sərhədin demarkasiyası lazımdır.
Çünki Alyansın kollektiv müdafiəsi prinsipinə görə, onun üzvlərindən birinə hücum bütün üzvlərə hücum hesab edilir.
//Samir Qurbanov, Editor.az

