Ukraynanın paytaxtı Kiyevdə iki ayrı partlayışbackend

Ukraynanın paytaxtı Kiyevdə iki ayrı partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələrinin səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi hücumlar nəticəsində şəhərdə iki ayrı partlayış baş verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial media hesabında verdiyi açıqlamada bildirib.

Hücumların niyə həyata keçirildiyi və itkilərin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba Kiyev sakinlərini hava xəbərdarlığına diqqət yetirməyə çağırıb. Onu da qeyd edək ki, Rusiya Silahlı Qüvvələri oktyabrın 10-da da Kiyevə silsilə hücumlar təşkil etmişdi.

//Safura Bənnayeva, Editor.az