Ukrayna dövlətinin başçısı Vladimir Zelenski deyib ki, Ukraynanın qələbəsi planı stratejidir və onun bütün məqamları ABŞ prezidenti Co Baydenin qərarından asılıdır.
Zelenskinin sözlərinə görə, bu plan Ukraynaya kömək edə bilər, lakin Putini dayandıra biləcəyinə 100% zəmanət verməyəcək. “Bu, Ukraynanı daha da gücləndirə və Putini bu müharibəni necə bitirmək barədə düşünməyə vadar edə bilər”, – prezident qeyd edib.
Zelenski Ukraynanın qələbə planını ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla, həmçinin ABŞ Konqresi ilə də bölüşməyi planlaşdırdığını bildirib.
//Samir Qurbanov, Editor.az