“Ukraynanın Qərbə ümidləri böyükdür” – Politoloq ŞƏRH ETDİbackend

“Ukraynanın Qərbə ümidləri böyükdür” – Politoloq ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsində hazırda ciddi irəliləyiş mövcud deyil”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı şərh verərkən politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibəyə başlayarkən qarşısına qoyduğu hədəflərə nail olmayıb: “Ukrayna da Rusiyanın aqressiv işğalçılıq siyasətinin qarşısında müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Qərbə olan çağırışlarını daha da gücləndirir. Xüsusilə də son dövrlər ABŞ müdafiə nazirinin Ukraynaya səfəri və Zelenskinin verdiyi mesajlar da göstərir ki, Ukraynanın Qərbdən daha böyük istəkləri mövcuddur.

Rusiya Ukrayna ərazilərində aktiv döyüş əməliyyatlarını arxa fazaya keçirib. Faktiki olaraq bu gün Rusiya-Ukrayna müharibəsində hər hansı ciddi irəliləyiş qeydə alınmır. Lakin müharibədəki sükut daha ciddi toqquşmalara səbəb olacaq”.

//Səbinə Hüseynli, Editor.az