Ukrayna Dövlət Sərhəd Xidməti müharibə ehtimalına görə Rusiya ilə sərhədi aktiv şəkildə gücləndirməyə başladıqlarını açıqlayıb.
Editor.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin verdiyi açıqlamaya görə, ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə Sumi bölgəsində işlər davam etdirilir.
Xidmətin yaydığı məlumata görə sərhəddə yerləşdirilən xüsusi hərbi texnika səngərlər qazmağa başlayıb. İstehkamlar sərhəd təhlükəsizliyini artırır, həm də silahlı hücum halında düşmənin hərəkətlərini çətinləşdirir.
Bundan əlavə, Ukrayna Dövlət Sərhəd Xidməti sərhəd xətti boyunca 30-50 metr enində torpaqların inventarlaşdırıldığını, bu torpaqların mühəndislik və istehkam qurğuları üçün istifadə ediləcəyini bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “The Independent” qəzetinə ölkənin sərhəd təhlükəsizliyinin lazımi səviyyədə olmadığını söyləmişdi.
//Gülnarə Abasova, Editor.az

