“Əksər dövlətlər Ukraynanın Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasından çıxarılması təklifini dəstəkləmir”.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin vitse-kansleri Märt Volmer Estoniyanın ERR ictimai televiziyasına açıqlamasında deyib. Vitse-kansler deyib ki, onlar Kiyevin Rusiyanın BMT-yə qeyri-qanuni daxil olması və Təhlükəsizlik Şurasında yer alması bağlı mövqeyini bölüşmür:
“Estoniya Rusiyanın müxtəlif təşkilatlarda təcrid edilməsi, Rusiyanı dünyada qərar qəbul etməkdən uzaqlaşdırmaq, cinayətlərə görə məsuliyyətə cəlb etmək kimi mövzularda Ukraynanın ən fəal dəstəkçilərindən biridir. Bu istiqamət çox yaxşı və düzgündür. BMT haqqında söhbətlər də eyni kateqoriyaya aiddir. Lakin bu halda nəzərə almaq lazımdır ki, təəssüf ki, Ukraynanın bu məsələdə o qədər də böyük beynəlxalq dəstəyi yoxdur”.
//Samir Qurbanov, Editor.az

