“Ukraynanın Rusiyaya güzəştə getməsi məsələsi aktuallaşır”-ŞƏRHbackend

“Ukraynanın Rusiyaya güzəştə getməsi məsələsi aktuallaşır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət Ukraynanın qələbə çala bilməməsidir”.

Bu sözləri Editor.az-a Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən siyasi ekspert Asif Nərimanlı deyib.

Ekspert bildirib ki, Ukraynanın böyük əks-hücum əməliyyatı uğurlu olsaydı, cəbhə ilə yanaşı siyasi müstəvidə də pozisiyaları dəyişdirmək mümkün olacaqdı:

“Hazırda görünən odur ki, aylardır davam edən əks-hücum əməliyyatı uğur əldə bilmir. Bunu artıq Ukrayna rəsmiləri də etiraf edir. Belə olan halda Ukraynanın Rusiyaya güzəştə getməsi məsələsi aktuallaşır. Uğursuz əməliyyat Ukraynaya silah verməsi məsələsinə də öz mənfi təsirini göstərir.
Proseslər göstərir ki, artıq danışığa gediləcək. Rusiya tərəfi irəliləməyə çalışır və mövqelərini möhkəmləndirir ki, danışıqlar masasında əli güclü olsun”.

//Səbinə Hüseynli, Editor.az