Ukraynanın səkkiz vilayətində ballistik raketlərdən istifadə təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib. Krivoy Roqda partlayış səsləri eşidilib.
Editor.az bildirir ki, bu barədə Telegram-da Hava Qüvvələri və VHA-nın rəhbəri Olensandr Vilkul məlumat verib. “Vinnitsa, Cerkası, Kirovoqrad, Odessa, Nikolaev, Xerson bölgələri – ballistik silahlardan istifadəsi təhlükəsi!”.
Daha sonra Dnepropetrovsk və Zaporojye vilayətlərində də həyəcan təbili çalınıb. Xatırladaq ki, sentyabrın 25-nə keçən gecə Ukraynanın cənub-şərq vilayətlərində artıq ballistikadan istifadə təhlükəsi yaranmışdı. Siqnal təxminən dörd saat davam etmişdi. Bundan əlavə, çərşənbə axşamı gecə işğalçılar Krımdan bir neçə qrup “Şahed” pilotsuz təyyarələri buraxmışdılar.
//Samir Qurbanov, Editor.az