Ukraynanın silahı tükənməyəcəkbackend

Ukraynanın silahı tükənməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Avropa İttifaqı (Aİ) Ukraynanın hərbi əməliyyatların “kritik mərhələsində” silah və hərbi texnikasının tükənməsinə imkan verməyəcək. Editor.az-ın məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib.

Bundan başqa o, Avropa ölkələri arasında müdafiə sahəsində əməkdaşlığı stimullaşdırmaq və dəstəkləmək məqsədilə “Avropa müdafiə innovasiyaları mərkəzi”nin yaradılacağını da xəbər verib. Lakin Borrell yeni millətlərarası formasiyanın hansı funksiyaları yerinə yetirəcəyini və yaradılmış struktur çərçivəsində Aİ-yə üzv dövlətlər arasında əməkdaşlığa dəstəyin konkret olaraq necə həyata keçiriləcəyini açıqlamayıb.

Editor.az