Ukraynanın “sülh planı”nı müzakirə ediləcəyi sammitə 100-ə qədər ölkə dəvət olunubbackend

Ukraynanın “sülh planı”nı müzakirə ediləcəyi sammitə 100-ə qədər ölkə dəvət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə iyunun 16-17-də Luserndə Ukraynanın “sülh planı”nı müzakirə etmək üçün sammit keçirmək niyyətindədir.

Editor.az bu barədə “Bloomberg”ə istinadən xəbər verib. Nəşrə görə, sammitə 80-dən 100-ə qədər ölkə dəvət olunub. Lakin neçə ölkə liderinin iştirak edəcəyi hələlik məlum deyil. Mənbələrin dediyinə görə, əsas fikir ayrılığı İsveçrənin “təşəbbüsü etibarlı etmək” üçün iştirakı əsas rol oynayacaq Çinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlıdır: “Ukrayna, Rusiya və Avropanın perspektivləri ilə yanaşı, Rusiyanın bu prosesə nəhayət qoşulmasında əsas rol oynayacaq Qlobal Cənuba da qulaq asmaq vacibdir.

Buna görə də biz Çin, Hindistan, Braziliya, Cənubi Afrika Respublikası və Səudiyyə Ərəbistanı ilə sıx təmasdayıq”, – İsveçrə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. İdarədən bildirilib ki, konfransın keçirilmə tarixi və yeri hələ müəyyən edilməyib. Agentliyin mənbələri də öz növbəsində bildiriblər ki, İsveçrə rəsmiləri sammitin tarixlərini aprelin 10-da açıqlayacaqlar. Onların məlumatına görə, böyük ehtimalla konfrans İsveçrənin Lusern şəhərində keçiriləcək.

//Samir Qurbanov, Editor.az