Ukraynanın uduzması riski böyükdür – ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatorubackend

Ukraynanın uduzması riski böyükdür – ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın Rusiya ilə münaqişədə uduzması riskinin böyük olduğunu deyib.

Editor.az xəbər verir ki, oktyabr ayında ABŞ prezidenti Co Bayden Konqresdən 106 milyard dollar istəyib ki, bunun da 61 milyardı Kiyev üçün, qalan hissəsi İsrailə və ABŞ-ın milli sərhədlərinin qorunması üçün nəzərdə tutulub.

Dekabrın 4-də ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller Ukraynanın maliyyələşdirilməsinə ayrılan vəsaitin 97%-nin xərcləndiyini bildirib. Bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ senatorları arasında videobağlantı vasitəsilə qeyri-açıq görüş keçirilməli idi. Lakin son anda prezidentin çıxışı ləğv edilib.

Bundan əlavə, bəzi Respublikaçılar Demokratların ABŞ sərhədləri üçün ayrıca maliyyə ayrılması tələblərini müzakirə etməkdən imtina edərək iclası tərk ediblər.

//Samir Qurbanov, Editor.az