Ukraynanın “Air Ocean Airlines” aviaşirkəti NATO ilə sərhədə yaxın yerləşən Ujqorod hava limanından uçuşlar açmağı təklif edib.
Editor.az Zakarpatye VHA-ya istinadən bildirir ki, müharibənin sonuna qədər Ujqorod hava limanının fəaliyyətinin bərpasından söhbət gedə bilməz.VHA-nın mətbuat xidmətindən bildiriblər ki, onlar mülki şəxslərin təhlükəsizliyinin daşıyıcının biznes maraqlarına qurban verə bilməz.
Aerodromun NATO ölkəsi ilə sərhədə yaxın olması illüziyalı arqumentdir. “Ujqorod hava limanının işinin bərpası haqqında çox söhbətlər gəzir. Lakin müharibə davam edərkən, bu barədə söhbət gedə bilməz. Bütün ölkədə müharibə gedir, baxmayaraq ki, Zakarpatiya arxa bölgədir, lakin bu o demək deyil ki, burada heç bir təhlükə yoxdur.
Ona görə də bizim Ujqorod aerodromunun NATO ölkəsi Slovakiya ilə sərhəddə yerləşməsi ilə bağlı illüziyalı arqumentlərlə mülki əhalinin həyatını təhlükəyə atmağa haqqımız yoxdur.
Vətəndaşların təhlükəsizliyi aviadaşıyıcının kommersiya maraqlarından yüksəkdir”, – VHA-dan bildiriblər.
//Samir Qurbanov,Editor.az