Ukraynanın uzaqmənzilli dronları iki qaz kompressor stansiyasına zərbələr endirib: yanğın başlayıbbackend

Ukraynanın uzaqmənzilli dronları iki qaz kompressor stansiyasına zərbələr endirib: yanğın başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli dronları iki qaz kompressor stansiyasına zərbələr endirib: Davydovskaya (Tambov vilayəti) və Novopetrovskaya (Saratov vilayəti).

Bu barədə UNIAN-ın xüsusi xidmət orqanlarındakı mənbələr məlumat yayıb.

Bununla bağlı yayılan videoda dronların stansiyalardakı sənaye avadanlıqlarını vurması və güclü partlayışlar müşahidə edilir. SBU dronları həmçinin Radkovka (Belqorod vilayəti) kəndi yaxınlığında S-300/S-400 sistemləri üçün raket anbarını vurub. Zərbədən sonra sursatın aktiv partlaması başlayıb. “SBU düşmən ərazisində növbəti uğurlu xüsusi əməliyyat həyata keçirib ki, bu da Rusiya büdcəsinə ciddi ziyan vurub, onun imkanlarını və Rusiya ordusunun hərbi potensialını azaldıb”, – SBU-dakı məlumatlı mənbə bildirib.

//Samir Qurbanov, Editor.az