Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antaliyaya gəlibbackend

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antaliyaya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba artıq Türkiyədədir. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko öz Tvitter hesabında məlumat verib: “Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə Dmitri Kuleba Antalyaya gəlib”.

Editor.az xəbər verir ki, Lavrov və Kuleba arasında görüş martın 10-da Antalyada keçiriləcək diplomatik forum çərçivəsində baş tutacaq. Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri də bu görüşün iştirakçısı olacaq. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, nazirlərin qarşıdakı görüşü Moskva və Kiyev arasında danışıqlar prosesi üçün çox vacib hadisədir.

//Gülnarə Abasova, Editor.az