Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan ŞOK AÇIQLAMA: “Putin artıq bayram edə bilər”backend

Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan ŞOK AÇIQLAMA: “Putin artıq bayram edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı Rusiya neftinə embarqo qoymadan sanksiyaların altıncı raundunun qəbuluna səs versə, bu, onun sıralarında parçalanmaya gətirib çıxaracaq”.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

Almaniyada keçirilən “G7” ölkələrinin xarici işlər nazirlərinin toplantısında çıxış edən Kuleba Aİ-ni Rusiya neftinə embarqo tətbiq etməyə çağırıb.

O, əks halda bunun Avropa İttifaqı birliyinin pozulmasına səbəb olacağını dilə gətirib: “Əgər altıncı sanksiya paketi neft embarqosu olmadan qəbul edilərsə, o zaman prezident Putin bayram edə bilər. Çünki, bir ölkənin, yəni Macarıstanın mövqeyinə görə Avropa İttifaqının birliyi ilk dəfə pozulacaq”.

“Le Monde” analitikləri isə bildirirlər ki, Baydenin Putini “taun” etmək cəhdi uğursuzluqla nəticələnib.

Xatırladaq ki, Macarıstan Rusiya neftinin tədarükünün qadağan edilməsinə qarşıdır. Baş nazir Viktor Orban bu addımın atılmasını atom bombasına bərabər hadisə adlandırıb.

//Editor.az