Ukraynanın Xerson vilayətinin Müdafiə Şurası Dneprin sağ sahilindən əhalinin təxliyəsi barədə qərar qəbul edibbackend

Ukraynanın Xerson vilayətinin Müdafiə Şurası Dneprin sağ sahilindən əhalinin təxliyəsi barədə qərar qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Xerson vilayətinin Müdafiə Şurası Dnepr çayının sağ sahilində Kiyevin nəzarətində olan yaşayış məntəqələrindən uşaqlı ailələrin məcburi təxliyəsi barədə qərar qəbul edib.

Editor.az bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat verib. Məlumata görə, ümumilikdə 31 yaşayış məntəqəsinin boşaldılması planlaşdırılır.Həmin məntəqələrə sırasında Ponyatovka, Bereqovoy, Krasnıy Mayak, Olqovka, Zimovnik, Dudçane, Vesyol və digər yaşayış məntəqələri aiddir.

Həmçinin, vilayət hərbi idarəsinin rəisi bölgələrdə komendant saatının müddətinin artırıldığını, onun saat 20:00-dan 6:00-a kimi qüvvədə olacağını açıqlayıb. O, bunu komendant saatının gündüz saatları ilə sinxronlaşdırılması ilə izah edib. Aleksandr Prokudinin sözlərinə görə, evakuasiya qərarı müntəzəm atəşə məruz qaldığı üçün verilib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Rusiya qoşunlarının irəliləməsi ilə əlaqədar Xarkov vilayətinin bir sıra rayonlarında da məcburi təxliyə elan etmişdi.

//Samir Qurbanov, Editor.az