Ukraynanın YENİ ölümcül silahları – Müharibə Rusiyaya qayıdırbackend

Ukraynanın YENİ ölümcül silahları – Müharibə Rusiyaya qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın yaz hücumu iflas olub”.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski son açıqlamasında bildirib. Artıq Ukrayna ordusu bir sıra əraziləri geri də alıb.

Bu arada Ukraynanın müdafiə şirkəti “Fire Point” yeni FP-7 ballistik raketlərindən istifadə edilməklə Rusiya hədəflərinə qarşı sınaq zərbələrinin başlandığını elan edib. FP-7 raketi Amerika ATACMS ilə müqayisə edilə bilər, lakin ondan iki dəfə ucuzdur və 300 km-ə qədər hədəfi vura bilir. “Fire Point”, həmçinin, 850 km-ə qədər mənzilə malik yeni FP-9 ballistik raketlər hazırlayır. Bu, Ukraynaya Rusiyada əvvəllər əlçatmaz olan hədəfləri vurmağa imkan verəcək.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu isə bildirib ki, artıq ölkənin əsas bölgələri Ukrayna dronlarına qarşı həssas duruma gəlib. Onun sözlərinə görə, əvvəllər Ural dağları zərbələrin əlçatmaz olduğu hesab edilirsə də, indi onlar da təhlükə zonasıdır. O, həmçinin, strateji obyektlərin dağıdılmasının ciddi iqtisadi ziyana, qeyri-sabitliyinə və hərbi əməliyyat üçün vacib olanlar da daxil, təchizat zəncirlərinin pozulmasına səbəb ola biləcəyi haqda xəbərdarlıq edib.

Ukraynanın yeni silahları müharibənin gedişinə necə təsir edə bilər? Müharibə Rusiyayamı qayıdır?

   Medianın üz qaraldan “sarı”lığı    | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Volodimir Zelenski bu cür bəyanatlarla həm daxili auditoriyanı motivasiya etməyə, həm də Qərb dəstəyinin davamlılığını təmin etməyə çalışır:

“İflas” sözü tam hərbi reallığı yox, daha çox siyasi və psixoloji mesajdır. Yeni FP-7 və FP-9 kimi raketləri Ukraynanın strateji zərbə imkanlarını ciddi şəkildə artırır, Rusiyanın arxa cəbhəsini daha həssas edir, müharibəni daha geniş coğrafiyaya yayır.

Ukraynanın “Fire Point” kimi şirkətlər vasitəsilə yerli raket istehsalını artırması çox vacib tendensiyadır və Ukraynanın gücünə güc qatır. FP-7 Rusiya ordusunun cəbhə arxasındakı anbarlarını, aerodromlarını, komanda mərkəzlərini daha çox risk altına sala bilir. 850 km məsafəli FP-9-lar daha güclüdür və bu artıq oyunun qaydalarını daha ciddi dəyişə bilər. Rusiyanın dərinlikdə yerləşən hərbi-logistik infrastrukturu, yanacaq bazaları, sənaye obyektləri onun potensial hədəfin çevrilir”.

Ekspert hesab edir ki, Ukraynanın yeni silahları logistika müharibəsini gücləndirəcək:

“Ukrayna uzaq məsafəli zərbələrlə Rusiyanın, sursat təchizatını, yanacaq daşımalarını, komanda koordinasiyasını zəiflətməyə çalışacaq. Bu, birbaşa cəbhədə olmasa da, dolayısı ilə rus qoşunlarının effektivliyini azalda bilər. Əgər 800+ km mənzilli raketlər geniş istifadə olunarsa, müharibə faktiki olaraq Rusiyanın daxili ərazilərinə daha çox yayılacaq, əvvəllər təhlükəsiz sayılan bölgələr risk altına düşəcək. Bu, “müharibə Rusiyaya qayıdırmı” sualına qismən “bəli” cavabını verir, amma tam miqyasda yox”.