Ukraynanın Zakarpatye vilayətini canavarlar “işğal edib”backend

Ukraynanın Zakarpatye vilayətini canavarlar “işğal edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zakarpatiyada Ujqorod yaxınlığındakı kəndlərin sakinləri canavarların “istila”sından şikayətlənirlər.

Editor.az bildirir ki, bu barədə TSN-in məlumatında deyilir. Sakinlər deyirlər ki, yırtıcı heyvanlar gecə yarısı kəndlərə sürülərlə gəlirlər.

Bu yaxınlarda hətta bir çox ev itləri onların qurbanına çevrilib: yalnız bir kənd küçəsində canavarlar onlarla iti öldürüblər. Vyaçeslav adlı şəxs jurnalistlərə itinin öldüyü yeri göstərərək “50 kiloqramlıq itimdən cəmi bir sümük qalıb” – deyə şikayətlənib.

Ancaq adamları daha çox bu deyil, məktəbə gedən uşaqlara canavarların təhlükə yarada biləcəyi narahat edir. Yırtıcılar qəfil hücum edərsə, bu yolun müəyyən hissələrində uşaqları qoruyacaq heç kim olmayacaq. Yerli sakinlər deyirlər ki, canavar populyasiyasının artması, çox güman ki, Rusiyanın genişmiqyaslı işğalından sonra onların ovlanmasına qoyulan qadağa ilə bağlıdır. Eyni səbəbdən canavarlar insanlardan getdikcə daha az qorxurlar.

//Samir Qurbanov, Editor.az