Ukraynasız Ukrayna haqqında heç bir şey ola bilməz – ABŞ Dövlət Departamentibackend

Ukraynasız Ukrayna haqqında heç bir şey ola bilməz – ABŞ Dövlət Departamenti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti Roma Papası Fransiskin Rusiyanın Ukraynaya qarşı müharibəsində “ağ bayraq”la bağlı qalmaqallı bəyanatını şərh edib: “Şübhəsiz ki, biz Ukraynanın özünümüdafiə hüququnu dəstəkləyirik.

Biz dönə-dönə demişik ki, Ukraynasız Ukrayna haqqında heç bir şey ola bilməz”. Dövlət Departamentinin sözçüsünə görə, Birləşmiş Ştatlar Ukrayna prezidenti Volodimir Zelenskinin “sülh formulu”nu, eləcə də Ukraynanın müharibəyə son qoymaq səylərini dəstəkləyir.

“Ancaq bu, Vladimir Putindən aqressiyanı dayandırmağı, Ukrayna ərazisini ələ keçirmək və saxlamaq cəhdlərini dayandırmağı və danışıqlara razılıq verməyi tələb edir ki, o da hələlik buna razı deyil”, – Miller əlavə edib.

//Samir Qurbanov  Editor.az