ABŞ prezidenti Cozef Bayden Ukraynaya 1 milyardlıq yeni hərbi yardım paketini açıqlayıb. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Bayden yardım paketini dünən Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra açıqlayıb.
ABŞ Müdafiə Nazirliyi yeni hərbi paketin təfərrüatları haqqında məlumat verib. Paketə 18 haubitsa və onların döyüş sursatı, həmçinin 2 gəmi əleyhinə “Harpun” raketi daxildir.
Bayden verdiyi açıqlamada bildirib ki, Donbas döyüşündə ehtiyac duyacağı silahları Ukraynaya göndərilib. Ukrayna lideri Zelenski isə bildirib ki, biz Donbasın müdafiəsində təsirli olacaq bu köməyə görə minnətdarıq.
Yeni paketlə ABŞ-ın Ukraynaya hərbi yardımının ümumi dəyəri 5 milyard dollara çatıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

