16 sanksiya paketinə baxmayaraq, Avropa İttifaqı Rusiyadan enerji resurslarını aktiv şəkildə almağa davam edir.
Üstəlik, Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatına görə, Aİ Ukraynaya maliyyə yardımından daha çox Rusiya neft və qazına xərcləyir.
Mərkəzin məlumatına görə, son 12 ayda Aİ Rusiyadan 21,9 milyard avroya neft və qaz alıb. Eyni zamanda, Kiel Dünya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, bu müddət ərzində Aİ-nin Ukraynaya maliyyə yardımının həcmi 18,7 milyard avro təşkil edib. Ümumilikdə, CREA-nın məlumatına görə, Rusiya hesabat dövründə enerji ixracından 242 milyard avro qazanıb ki, bu da 2023-cü il göstəricisindən 3% azdır. Hesabat müəllifləri qeyd edirlər ki, Ukraynada müharibə başlayandan bəri ixracın azalması cəmi 8% təşkil edib. Bütün bu müddət ərzində Rusiya neft və qaz ixracından 847 milyard avro gəlir əldə edib.
//Samir Qurbanov, Editor.az

