Ukraynaya ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi ABŞ-a qayıdır – Volodimir Zelenskibackend

Ukraynaya ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi ABŞ-a qayıdır – Volodimir Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hərbi yardım üçün ayrılan vəsaitin əhəmiyyətli hissəsi istehsal və iş yerləri vasitəsilə ABŞ-a qayıdacaq.

Editor.az bildirir ki, bunu prezident Volodimir Zelenski Amerikanın “Fox News”a televiziyasına vediyi müsahibəsində deyib. “Ümid edirəm ki, Konqres bizə kömək edəcək və ümid edirəm ki, ABŞ-ın köməyi Ukrayna xalqının ətrafında olacaq.

Və ümid edirəm ki, ABŞ Rusiya terrorizminə qarşı bizimlə olacaq”. Vəsaitlərin daha yaxşı xərcləndiyinə inanan amerikalıların sayının artmasına toxunan Zelenski qeyd edib ki, vəsaitlərin böyük bir hissəsi istehsal və iş yerləri vasitəsilə ABŞ-a qayıdır.

“Ukrayna üçün və Ukrayna ilə birlikdə istehsal edəndə onu həm də amerikalılarla istehsal edirsən. Ona görə də onun böyük hissəsi sizin ştatlarınızda istehsal olunacaq”. Zelenski Ukraynanın Qara dənizdə tədricən irəliləyişindən də danışıb. Onun sözlərinə görə, ukraynalı müdafiəçilər Krımda, Qara dənizdə uğur qazanıblar: “Biz həqiqətən Rusiya donanmasının bir hissəsini məhv etmişik. Onların Qara dəniz regionuna o qədər də total təsiri yoxdur”.

//Samir Qurbanov, Editor.az