Ukraynaya dəstək azalır: Müharibənin taleyi necə olacaq?-AÇIQLAMAbackend

Ukraynaya dəstək azalır: Müharibənin taleyi necə olacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın planı da bundan ibarətdir. Rəsmi Moskva düşünür ki, uzunmüddətli müharibə aparmağa Ukraynanın resursları çatmayacaq. Bu müharibə üçün daha çox əsgər lazımdır. Ukraynanın əhalisi isə Rusiyaya nisbətdə azdır və böyük hissəsi də ölkəni tərk edib”.

Bunu Editor.az-a politoloq Turab Rzayev davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya verilən yardımların, dəstəyin azalmasının hansı nəticələr yaradacağı ilə bağlı suallarımıza cavab verərkən deyib.

Onun sözlərinə görə, Rusiya Qərb bloku arasında parçalanmanın olmasına ümid edir:

“Əvvəldən Avropa İttifaqı müharibəni istəmirdi. Britaniya və ABŞ daha çox müharibənin davam etməsinin tərəfdarı idilər. Artıq Avropa ölkələri arasında fikir ayrılıqları var. Polşada hakimiyyət Ukrayna ilə bağlı fərqli qərar vermək istəyir. ABŞ-da da maliyyə ayrılan zaman fikir ayrılıqları yaranır. Çünki Aİ heç vaxt müharibəyə bu qədər büdcə ayırmayıb. Ona görə də çox böyük etirazlarla qarşılaşır. Bu, Avropa İttifaqı ilə ABŞ arasındakı xətlərin dərinləşməsindən xəbər verir”.

Politoloqun fikrincə, Ukraynaya silah yardım artırılmayacaq:

“Bu amil tezliklə Ukraynanın Rusiya qarşısında tab gətirməsinə mane olacaq. Qərb nüvə müharibəsindən çəkinir və düşünür ki, Rusiya mövcud silahlardan istifadə etdikdən sonra taktiki nüvə silahından da istifadə edə bilər”.

Turab Rzayev hazırkı gedişatın Ukraynanın əleyhinə olduğunu hesab etmir: “Lakin Kiyev gözlənilən dəstəyi ala bilməsə müharibədə uğur qazana bilməyəcək”.

//Safura Bənnayeva, Editor.az