Ukraynaya dəstək üçün “gəmi koalisiyası” yaradılıbbackend

Ukraynaya dəstək üçün “gəmi koalisiyası” yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya dəstək üçün “gəmi koalisiyası” yaradıldığını açıqlayıb.

Editor.az bildirir ki, bunu müdafiə naziri Oleksiy Reznikov Reznikov martın 14-də Odessada Niderlandın müdafiə naziri Kaysa Ollonqrenlə birgə keçirdiyi brifinqdə deyib.

“İndi Ukraynanın maraqları naminə müəyyən koalisiyaların yaradılması tendensiyası müşahidə olunur. Tank təşəbbüsü var idi və o, tank koalisiyasına çevrildi.

Ondan əvvəl artilleriya təşəbbüsü var idi – artilleriya koalisiyasına çevrildi. Hollandiya minaaxtaran gəmilərinin (mina ovçularının) təminatına dair (Belçika ilə birlikdə) mahiyyət etibarilə deyə bilərik ki, dəniz koalisiyası da yaradılır”, – Reznikov bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya artıq iki minaaxtaran gəmisini Ukraynaya təhvil verib – “onların artıq rəsmi olaraq iki Ukrayna ekipajı var və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin bayrağı qaldırılıb. Ən azı üç ölkə artıq gəmi koalisiyasının bir hissəsidir. Yəni, Ukrayna dəniz dövləti olaraq öz donanmasını inkişaf etdirəcək. Üstəlik, biz Türkiyədə Ukrayna donanmasını qururuq… Əminliklə deyə bilərik ki, artıq “gəmi koalisiyası” yaradılıb”, – Reznikov vurğulayıb.

//Samir Qurbanov,Editor.az