Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ?  -VİDEObackend

Ukraynaya döyüşə göndərilən Rusiya hərbçisi sevgilisinə telefonda NƏ DEDİ? -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xüsusi xidmət orqanları Rusiya ordusunun hərbçilərinin telefon danışıqlarını dinləməkdə davam edir.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, bu dəfə rusiyalı hərbçinin sevgilisi ilə danışığı dinlənilib.

Telefonla onu 8 Mart münasibətilə təbrik edib, həmçinin Ukraynaya müharibə üçün gəldiyini bildirib. Qız hər kəsin sağ-salamat Rusiyaya evinə qayıdıb-qayıtmayacağını soruşduqda, əsgər belə cavab verib: “Mən buna zəmanət verə bilmərəm”.

“Artıq bilmirəm qanunu pozuram, ya yox, amma vəzifəmi yerinə yetirməkdən imtina etdim. Mən evə qayıtmağa  hazırlaşıram. Mən top yemi kimi davam etməyəcəyəm, bu rolda olmayacağam”, – hərbçi deyib.